Azərbaycanlı futbolçu Nurlan Novruzovun yeni klubu müəyyənləşib. 27 yaşlı futbolçu karyerasını Estoniyada davam etdirəcək.

Azərbaycanlı futbolçu Nurlan Novruzovun yeni klubu müəyyənləşib. Matc.az xəbər verir ki, 27 yaşlı futbolçu karyerasını Estoniyada davam etdirəcək. 
 
O, bu ölkənin "Trans Narva" klubu ilə müqavilə bağlayıb. Bu barədə Narva təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Nurlan yeni klubu ilə 1 illik müqavilə imzalayıb. Futbolçumuz bu komandada 7 nömrəli formanı geyinəcək.
 
"Bakı"nın yetirməsi olan Nurlan karyerası ərzində "Sumqayıt", "Zirə", "Səbail" kimi komandalarda çıxış edib. Türkiyənin "Dersim 62 Spor", "Şanlıurfa" klublarında da legioner həyatı yaşayan Novruzov, son olaraq Moldovanın "Dinamo Avto" komandasının uğurları üçün çalışıb. O, 2014-2015-ci il mövsümündə "Bakı"nın heyətində Azərbaycan Premyer Liqasının bombardiri olub.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest