Birləşmiş Ərəb Əmirliklərinin "Baniyas" klubu "Prezident kuboku"nda növbəti oyununu keçirib. Azərbaycan yığmasının yarımmüdafiəçisi Riçard Almeydanın formasını geyindiyi bu komanda 1/4 final mərhələsi çərçivəsində "Şabab Əl-Əhli Dubay" ilə qarşılaşıb

Birləşmiş Ərəb Əmirliklərinin "Baniyas" klubu "Prezident kuboku"nda növbəti oyununu keçirib.
 
Matc.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Riçard Almeydanın formasını geyindiyi bu komanda 1/4 final mərhələsi çərçivəsində "Şabab Əl-Əhli Dubay" ilə qarşılaşıb.
 
"Baniyas" bu oyundan 1:0 hesabı ilə qalib ayrılıb və yarımfinala yüksəlib.
 
Almeyda da bu görüşün iştirakçısı olub. Yeganə qolu da 45+2-ci dəqiqədə məhz Almeyda penaltidən vurub. Bu, onun yeni klubunda ilk qoludu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest