Futbol üzrə Fransa çempionatında 26-cı turun oyunları keçirilir.
Matc.az xəbər verir ki, şənbə günü beş qarşılaşma baş tutub.
İkinci pillədə qərarlaşan Marsel "Olimpik"i bu turda "Nant"la qarşılaşıb və məğlubiyyətlə üzləşib. "Monako" isə "Dijon"la qarşılaşmadan xal itkisi ilə ayrılıb.
"Anje" "Monpelye"ni, "Lill" "Tuluza"nı məğlub yola salıb. "Strasburq" – "Amyen" görüşündə isə qapılara qol vurulmayıb.
Fransa Liqa 1
26-cı tur
21 fevral
Nitsa – Brest 2:2
Qol: Unas, 23. Dolberq, 33 – Qrandsir, 45. Dante, 53-öz qapısına.
Mets – Olimpik (Lion) 0:2
Qol: Dembele, 45+7. Auar, 90+4.
22 fevral
Olimpik (Marsel) – Nant 1:3
Qol: Sanson, 39 – Limbombe, 34. Bamba, 53. Alvaro, 90+1-öz qapısına.
Anje – Monpelye 1:0
Qol: Bahoken, 68.
Dijon – Monako 1:1
Qol: Balde, 56 – Maripan, 79.
Lill – Tuluza 3:0
Qol: Remi, 2; 39. Sançes, 72.
Strasburq – Amyen 0:0
23 fevral
18:00 Sent-Etyen – Reyms
20:00 Renn – Nim
00:00 PSJ – Bordo