Niderlandın "Ayaks" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
 
Matc.az xəbər verir ki, Amsterdam təmsilçisi "San Paulo"dan Antoni Mateus dos Santosu transfer edib. Bu barədə "Ayaks"ın rəsmi saytı məlumat yayıb.
 
Erediviziya təmsilçisi 20 yaşlı yarımmüdafiəçi üçün bonuslarla birlikdə 21 milyon avro ödəyib. Santos 2020-ci ilin yayında "Ayaks"a qoşulacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest