"Napoli"nin baş məşqçisi Cennaro Qattuso çempionlar Liqasının 1/8 final mərhələsində keçiriləcək "Barselona" görüşü barədə fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, italiyalı mütəxəssis rəqibdən çəkinmədiklərini bildirib:

"Güclü heyətə sahib bir komanda ilə qarşılaşacağıq. çətin olacağını bilirik. Ancaq mən və komandam son 10-15 ildə dünyanın ən yaxşı kollektivindən bir ilə oynamağın qürurunu yaşayırıq. Qətiyyən qorxmamalıyıq. Rəqibə hörmətlə yanaşmalı və hər iki görüşüdə də tam motivasiyya ilə çıxış etməliyik".

Qeyd edək ki, "Napoli" – "Barselona" oyunu fevralın 25-də keçiriləcək. Tərəflər arasında cavab qarşılaşması  isə martda 18-də oynayacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest