Prezident İlham Əliyev İqor Ponomaryovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
 
Matc.az xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasında idmanın inkişafında xidmətlərinə görə İqor Anatolyeviç Ponomaryov "Şöhrət" ordeni ilə təltif edilib.
 
Qeyd edək ki, "Neftçi"nin veteran futbolçusu, yığmamızın sabiq baş məşqçisi (2000-2001) İ.Ponomaryovun bu gün 60 yaşı tamam olur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest