"Fasilədən əvvəl yaxşı komanda formalaşmışdı. Oyunumuzla rəqiblərə çətinlik yaradırdıq. Yaxşı nəticələr əldə edirdik. Ancaq sonra əsas oyunçularımızın getməyi bizə təsir etdi"

"Fasilədən əvvəl yaxşı komanda formalaşmışdı. Oyunumuzla rəqiblərə çətinlik yaradırdıq. Yaxşı nəticələr əldə edirdik. Ancaq sonra əsas oyunçularımızın getməyi bizə təsir etdi. Heyətə yeni oyunçular gəldi. Bilirdik ki, bizim üçün çətin olacaq. Ancaq bu qədər ağır olacağını düşünməmişdik. Bu vəziyətdən özümüz çıxmalıyıq. Hər dəfə öz aramızda bunu müzakirə edirik. Futbolda belə şeylər var".

Bu sözləri  matc.az saytına "Qəbələ"nin qapıçısı Anar Nəzirov deyib. O, daha sonra belə davam edib:

 "Keşlə" və "Sabah"a qarşı necə çıxış etdiyimizi gördünüz. Hər iki görüşdə də komanda yaxşı mübarizə apardı. Bəzən uğursuzluq yaxşı və ya pis oyuna baxmır. Uduzmaq elədir ki, istər-istəməz təsir edir. Oyunçularda özgüvən azalır. Bunlardan qaçmaq olmur. Bu durumdan mütləq çıxmalıyıq. Əgər bizim komandanın perspektivi olmasa, belə demərəm. Komanda yaratmaq çox ağır məsələdir. Yavaş-yavaş öz oyunumuzu tapmışdıq. Ancaq fasilədə futbolçuların ayrılması öz təsirini göstərdi".

Nəzirov "Neftçi" məğlubiyyətinin (0:2) ardından azarkeşlərin baş məşqçi Elmar Baxşıyevi istefaya çağırmasını da münasibət bildirib:

"Uğursuzluq olan yerdə belə şeylər normaldır. Ancaq unutmayaq ki, fasilədən öncəki komandanı da Elmar müəllim formalaşdırmışdı. Azarkeşlər də istəyir ki, evdə məğlub olmayaq. "Neftçi" ilə oyundan öncə heyətdə zədəlilərimiz oldu. Komandanın yarısından çoxu gənclər idi. Elmar Baxşıyev öz işini məsuliyyətlə görən biridir. çalışır ki, ona verilən etimadı doğrultsun. Ancaq hər iki tərəfi də başa düşmək lazımdır. Elmar müəllim özü də açıqlamasında azarkeşlərin təpkisini normal qarşıladı. Ancaq gördünüz ki, komandanın yarısı buna görə azarkeşlərə etiraz etdi".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest