"Liverpul"un sabiq kapitanı Stiven Cerrad Hendeson barəsində danışıb. Matc.az xəbər verir ki, əfsanəvi futbolçu sabiq kapitan haqda xoş sözlər söyləyib:

"Onunla məşq etdiyim zamanları xatırlayıram. Onun gücü və fiziki hazırlığı məni valeh edirdi. Bəzi oyunçular yalnız özləri üçün oynayırlar. Henderson hər matçda 12-13 km məsafəni qət edir və bütün "qara" işləri görürdü. Hələ də belədir. Digər komandalar "Liverpul" kimi çıxış edə bilmirlər, çünki onların Henderson səviyyəsində bir oyunçusu yoxdur. Aydındır ki, Premyer Liqanın çempionu olacaqlar. O, hər şeyə özü nail olub. Bir neçə il öncə Amerikada görüşdük. Ona komandadan getməməyi məsləhət görmüşdüm. Hazırkı uğurlara imza atacağı gözlənilən idi".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest