"Arsenal"ın yarımmüdafiəçisi Bukayo Saka İngiltərə mətbuatına müsahibə verib. Matc.az xəbər verir ki, gənc futbolçu Avroliqanın qrup mərhələsində "Qarabağ"a qarşı keçirilən görüşü xatırlayıb:

"Emireyts"də çıxdığım ilk oyun 17 yaşımda Avropa Liqasında "Qarabağ"a qarşı idi. Əvvəlcədən meydana start heyətində çıxacağımı demişdilər. Həmin gecəni yata bilməmişdim. Hətta atam da yata bilmədiyini söyləmişdi. Məni dəstəkləmək üçün oyuna gəlmişdilər. Matçdan sonra necə xoşbəxt göründüklərin xatırlayıram. Həmin qarşılaşmada geyindiyim formanı evdə divardan asmışam".

Qeyd edək ki, 2018-ci ildə keçirilən qarşılaşma ingilislərin 1:0 hesablı qələbəsi ilə nəticələnmişdi.
 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest