çempionlar Liqasının 1/8 final mərhələsində "çelsi" evdə "Bavariya"ya məğlub oldu (0:3). Matc.az xəbər verir ki, ki görüşün ardından "zadəganlar"ın baş məşqçisi  Frenk Lempard oyun barəsində fikirlərini bildirib:

"Bu gün "Bavariya" fantastik futbol nümayiş etdirdi. Bacarığımızın maksimunda oynasaq da, məğlub olduq. Bəli, mükəmməl deyildik. Bu gecə ilk dəqiqədən sona qədər böyük xəyal qırıqlığına uğradıq. Bu turnirdə sona qədər oynamağı  çox istərdik. Amma bu gün başa düşdük ki, hələ bu səviyyədə deyilik. çox ciddi bir dərs aldıq. Rəqibimiz uzun müddət birlikdə mübarizə aparan heyətə sahibdir. Onları təbrik etməliyik. İlk hissədə inadkarlıqla müqavimət göstərdik və müdafiədəki səhv oyuna baxmayaraq, qol buraxmadıq. Ancaq bu cür matçlarda müsbət nəticə qazanmaq üçün daha çox şey lazımdır. Futbolçularımızın çoxu ancaq Avropa Liqasında oynayıb, çempionlar Liqasının pley-off mərhələsində çıxış etməyiblər. Müdafiədə çətinlik çəkəcəyimizi bilirdik. çalışsaq da, qarşısını ala bilmədik. Münhendə daha yaxşı oynamalı və nəticəyə əhəmiyyət vermədən nəyə qadir olduğumuzu göstərməliyik".

Qeyd edək ki, tərəflər arasında cavab qarşılaşması martın 18-də keçiriləcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest