Futbol üzrə Rusiya Premyer Liqasında mövsümün qalan hissəsində videotəkrar sistemindən – VAR-dan istifadə olunacaq.
 
Matc.az xəbər verir ki, bu barədə Rusiya Futbol İttifaqının mətbuat xidməti məlumat yayıb.
 
VAR sistemi Premyer Liqada 20-ci turdan 30-cu tura qədər bütün oyunlarda istifadə olunacaq.
 
19 turu arxada qalan Premyer Liqada "Zenit" 45 xalla liderdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest