Futbol üzrə Asiya çempionlar Liqasının mart ayında Cənubi Koreyada keçirilməli olan oyunları ləğv olunub.
 
Matc.az xəbər verir ki, buna koronavirus epidemiyası səbəb olub.
 
çL-də iştirak edən yerli klublar - "Seul", "Ulsan", "Suvon" və "çonbuk"un 3-4 mart tarixlərində evdə oynamalı olduqları matçlar qeyri-müəyyən müddətədək təxirə salınıb. 
 
Qeyd edək ki, Cənubi Koreyada koronavirusa 1146 yoluxma halı qeydə alınıb. Bunlardan 12-si ölümlə nəticələnib. Epidemiyaya görə yerli çempionatın startı (29 fevral) da təxirə salınıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest