"Liverpul"un hücumçusu Sadio Mane komandanın baş məşqçisi Yurgen Klopp barədə danışıb. Matc.az xəbər verir ki, o, almaniyalı mütəxəssisin şərəfinə abidə ucalmalı olduğunu bildirib:

"Liverpul" Klopp üçün abidə ucaltmalıdır. O, əla məşqçidir, klub və oyunçular üçün hər şeyi etməyə çalışır. Futbolçularla çox səmimi münasibətdədir. özünəməxsus iş sistemi var. Meydanda hər kəsi məsuliyyətli olmağa vadar edir".

Qeyd edək ki, Klopp 2015-ci ildən İngiltərə klubunun baş məşqçisidir. O, ötən mövsüm çempionlar Liqasını qazanıb. Bu il isə komandanın 30 il həsrətində olduğu Premyer Liqa çempionluğunu bitirməyə yaxındır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest