"Qarabağ" Suriyanın İdlib şəhərində şəhid olan əsgərlərə görə Türkiyə xalqına başsağlığı verib.
 
Matc.az xəbər verir ki, Ağdam klubu bununla bağlı rəsmi feysbuk səhifəsində "Şəhidiniz şəhidimizdir. Başımız sağ olsun" mesajı paylaşıb.
 
Qeyd ki, Suriya rejiminin Türk Silahlı Qüvvələrinə qarşı törədilmiş hava hücumunda 33 türk əsgəri şəhid olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest