Futbol üzrə İran çempionatında 21-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən "Traktor" da növbəti matçına çıxıb.
 
"Traktorçular" səfərdə "Pars Janoobi Jam" ilə qarşılaşıb. Cənubi Azərbaycan nəhəngi bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.
 
Təbrizin digər təmsilçisi "Maşinsazi" isə bu turda "Nassaji Mazandaran"la üz-üzə gəlib və bu oyundan məğlub ayrılıb - 0:3.
 
"Traktor" hazırda 37 xalla 16 kollektiv arasında 2-ci, "Maşinsazi" isə 24 xalla 9-cu pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest