"Barselona"nın hücumçusu Luis Suares Lionel Messinin mümkün gedişi ilə bağlı açıqlama verib. Matc.az xəbər verir ki, o, argentinalı futbolçunun komandada qalmaq qərarına gəldiyini söyləyib:

"Messinin gedəcəyi haqda çıxan xəbərlərin qorxu yaratması başa düşüləndir. Lionel burada çox xoşbəxtdir. "Barselona" onun evidir. Klub üzərinə düşəni edib rəqabətçil bir heyət qurarsa, Messi üçün əla olacaq və o, burada əbədi qalacaq. Leo özü də bu fikirdədir".

Qeyd edək ki, argentinalı futbolçunun yayda "Basrelona"nı tərk edəcəyi iddia olunurdu.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest