UEFA İtaliyada yayılmış koronavirusa görə AVRO-2020-nin vaxtını dəyişməyəcək. Matc.az xəbər verir ki, Avropa çempionatı nəzərdə tutulan vaxtda Romada başlayacaq.

UEFA İtaliyada yayılmış koronavirusa görə AVRO-2020-nin vaxtını dəyişməyəcək. Matc.az xəbər verir ki, Avropa çempionatı nəzərdə tutulan vaxtda Romada başlayacaq.
 
Qrumdan verilən məlumata əsasən federasiya koronavirusun yayılmasına görə daim təşkilatçılar və yerli hakimiyyət orqanları ilə əlaqədədir. Hazırda  planlaşdırılmış vaxtın dəyişməsinin heç bir mənasının olmadığı bildirilib. Məlumatda məsələnin diqqətdə saxlanıldığı da qeyd edilib.
 
 AVRO-2020-nin oyunları 12 iyun – 12 iyul aralığında Avropanın 12 şəhərində keçiriləcək. çempionatın 4 oyunu Bakıda olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest