Azərbaycan millisinin yeni baş məşqçisi müəyyənləşib. Matc.az xəbər verir ki, yığmanı Canni de Byazi çalışdıracaq. Artıq italiyalı mütəxəssislə razılıq əldə edilib. AFFA bütün digər namizədlərlə danışıqları dayandırıb. Yaxın zamanda tərəflər münasibətləri rəsmiləşdirməli və yeni çalışdırıcı ictimaiyyətə təqdim edilməlidi.

Açıqlamanın indi verilməsinin dəqiq səbəbini öyrənə bilməsək də, bunun martın 3-də keçiriləcək Millətlər Liqasının püşkatmasından sonra olacağı ehtimal edilir. futbolpress.az

Son olaraq 2017-ci ildə İspaniyanın "Alaves" klubunu çalışdıran Cani de Byazi həmin zamandan işsizdi. O, daha çox Albaniya millisindəki nəticələri ilə tanınır. 63 yaşlı mütəxəssis sözügedən yığmanı AVRO-2016-nın final mərhələsinə yüksəltməyi bacarmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest