Lider "Liverpul" bu turda "Uotford" səfərinə yollanıb. "Qırmızılar"ın autsayderlə oyunda da asan qələbə qazanacağı proqnozlaşdırılırdı. Amma Yurgen Kloppun komandası bu görüşdə böyük hesabla məğlub olub.

Futbol üzrə İngiltərə Premyer Liqasında 28-ci turun oyunları keçirilir.
 
Matc.az xəbər verir ki, şənbə günü altı qarşılaşma baş tutub.
 
Lider "Liverpul" bu turda "Uotford" səfərinə yollanıb. "Qırmızılar"ın autsayderlə oyunda da asan qələbə qazanacağı proqnozlaşdırılırdı. Amma Yurgen Kloppun komandası bu görüşdə böyük hesabla məğlub olub.
 
"çelsi" isə "Bornmut" səfərinə yollanıb və xal itkisi ilə üzləşib.
 
Bu tur keçirilməsi nəzərdə tutulan "Aston Villa" – "Şeffild Yunayted" və "Mançester Siti" – "Arsenal" matçları təxirə salınıb. Buna səbəb "şəhərlilər"in İngiltərə Liqa kubokunun final matçında "Aston Villa" ilə oyununun olmasıdı.
 
İngiltərə Premyer Liqası
28-ci tur
28 fevral
 
Norviç – Lester 1:0
Qol: J.Luis, 70.
 
29 fevral
 
Brayton – Kristal Pelas 0:1
Qol: Ayyu, 70.
 
Bornmut – çelsi 2:2
Qol: Lerma, 54. Kinq, 57 – Alonso, 33; 85.
 
Nyukasl – Bernli 0:0
 
Vest Hem – Sauthempton 3:1
Qol: Bouen, 15. Haller, 40. Antonio, 54 – Obafemi, 31.
 
Uotford – Liverpul 3:0
Qol: Sarr, 54; 60. Dini, 72.
 
1 mart
 
18:00 Everton – Mançester Yunayted
18:00 Tottenhem – Vulverhempton

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest