"Səbail"in futbolçusu Maykl Essyen zədə alıb. Matc.az xəbər verir ki, 38 yaşlı yarımmüdafiəçi Premyer Liqanın 19-cu turunda "Neftçi" ilə səfər matçında aldığı zədəyə görə oyunu davam etdirə bilməyib.
 
17-ci dəqiqədə qanalı oyunçunun yerinə meydana Elçin Rəhimli daxil olub.
 
Qeyd edək ki, Essyen qış fasiləsindən sonra "Səbail"in əsas heyət üzvlərindən birinə çevrilmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest