"İlk dövrəni lider kimi başa vurmağımız sevindirici məqamdı. Lakin mübarizə hələ irəlidədi".

"Komandamı təbrik edirəm. Meydanda az adamla qalsaq da, əzmkarlıq nümayiş etdirdik". Matç.az saytının məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Roberto Bordin deyib.

Topaz Premyer Liqasının VII turunda "Sabah"la qarşılaşan paytaxt təmsilçisi qələbə qazanaraq (2:0) liderliyini qoruyub.

Qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında italiyalı mütəxəssisin qalibiyyət şərhi belə olub: "Qələbəni anasını itirən Karikariyə həsr edirik. Onu da deyim ki, bizi ilk olaraq məhz Karikari təbrik etdi".

- Emin Mahmudov oyunun gedişində əvəzetmə tələb etdi. Nə baş vermişdi?

- Əzələsi dartıldı. Ciddi problem yoxdu, sadəcə, risk etmək istəmədik.

- Uzun müddətdən sonra Braliç start heyətində meydana çıxdı və qırmızı vərəqə aldı. Bunun səbəbi hazırlıqsız olması idi?

- Qırmızı vərəqəni biz deyil, baş hakim verir. Futbolçu qırmızı vərəqə alıbsa, o demək deyil ki, zəif oynayıb. Braliç yaxşı çıxış etdi. Məncə, ikinci sarı vərəqə epizodunda hakim əlini cibinə atmaya bilərdi.

- Geridə qalan birinci dövrə barədə nə deyə bilərsiniz?

- İlk dövrəni lider kimi başa vurmağımız sevindirici məqamdı. Lakin mübarizə hələ irəlidədi. Mövqeyimizi qorumaq üçün məşqlərdə bütün gücümüzlə çalışacağıq. çempionatda yaxşı komandalarla yarışırıq, hər birinin şansları yüksəkdi.

- Premyer Liqada yaranan fasilə sizə mübsət, yoxsa mənfi cəhətdən təsir edəcək?

- Fikrimcə, bizə mənfi təsir edəcək. çünki komanda yaxşı forma yığıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest