Abdullah Avcının "Başakşəhər"də çalışarkən köməkçisi olmuş Sərhat Gülpınar Türkiyə mətbuatına açıqlama verib. Matc.az xəbər verir ki, o, təcrübəli mütəxəssisin AFFA-dan təklif aldığını təsdiqləyib.

Abdullah Avcının "Başakşəhər"də çalışarkən köməkçisi olmuş Sərhat Gülpınar Türkiyə mətbuatına açıqlama verib. Matc.az xəbər verir ki, o, təcrübəli mütəxəssisin AFFA-dan təklif aldığını təsdiqləyib:

"Abdullah Avcı ilə "Beşiktaş"dan ayrılandan sonra görüşmüşdük. O, mövsümün sonuna qədər istirahət emtək istəyir. Avcı Azərbaycan milli komandasını çalışdırmaq üçün AFFA-dan təklif almışdı. Ancaq dediyim səbədən danışıqlar uğursuz nəticələndi".

Qeyd edək ki, 53 yaşlı mütəxəssis mövsümə "Beşiktaş"da başlasa da, uğursuz gedişatın ardından istefaya yollanmışdı.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest