"Arsenal"ın yarımmüdafiəçisi Mesut özil karyerasınıTürkiyədə davam etdirə bilər. Matc.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Məlumata görə, 31 yaşlı futbolçu yayda "Fənərbaxça"ya keçə bilər. Oyunçunun qiyməti yüksək olduğundan İstanbul təmsilçisinin onu icarəyə götürəcəyi qeyd edilib. Mesutun da Türkiyəyə keçməyə müsbət yanaşdığı bildirilir.

Qeyd edək ki, cari mövsümdə özil Premyer Liqada keçirdiyi 17 matçda 1 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest