"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola yığma komandada çalışmaq arzusundadı. Matç.az saytı xəbər verir ki, bunu təcrübəli mütəxəssis özü deyib.

O bildirib ki, gələcəkdə millilərdən birinin "sükanı arxası"na keçmək niyyətindədi: "Milli komandanın baş məşqçisi olmaq istəyirəm. Gec-tez bu, baş verəcək. İndi üç gündən bir oyuna çıxmaqdan xoşum gəlir. Ancaq bəzən qolf oynamağa daha çox vaxt sərf etmək istəyirəm. Hazırda bunun üçün vaxtım yoxdu. Bu səbəbdən yığma komandalardan biri qapısını üzümə açsa, gec və ya tez bu an gələcək".

Qeyd edək ki, Qvardiola məşqçilik karyerasında hələlik yalnız "Barselona", "Bavariya" və "Mançester Siti"də çalışıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest