Futbol üzrə Asiya çempionlar Liqasında qrup mərhələsinin oyunları təxirə salınıb.
 
Matc.az xəbər verir ki, bu barədə Asiya Futbol Konfederasiyasının (AFC) rəsmi saytı məlumat yayıb.
 
Mart və aprel aylarında keçirilməsi nəzərdə tutulan oyunların təxirə salınmasına səbəb koronavirus epidemiyasının yayılmasıdır.
 
Qrup mərhələsinin qarşılaşmaları 19-24 mayda, pley-off oyunları isə avqustda olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest