İspaniya La Liqasının 26-cı turunun "Barselona" ilə qarşılaşması "Real"ın bir neçə futbolçusu üçün əlamətdar olub.
 
Matc.az xəbər verir ki, bu barədə "kral klubu"nun mətbuat xidməti məlumat yayıb.
 
Belə ki, "Barselona" ilə matç Lukas Vaskesin 200, İskonun 300, Kərim Benzemanın isə "Real" formasıyla 500-cü oyunu olub.
 
Qarşılaşmadan sonra "Real"ın prezidenti Florentino Peres hər 3 futbolçuya keçirdikləri oyun sayının yazıldığı forma hədiyyə edib.
 
"Real" – "Barselona" matçı meydan sahiblərinin 2:0 hesablı qələbəsiylə başa çatıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest