"Mançester Siti"nin oyunçusu Leroy Sane yayda klubu tərk edə bilər. Matc.az xəbər verir ki, almaniyalı futbolçu karyerasını ölkəsində davam etdirməyə yaxındır.

Belə ki, 24 yaşlı yarımmüdafiəçi "Bavariya"nın hədəfindədir. Almaniya mətbuatı tərəflər arasında müqavilə imzalanmasa da, oyunçunun yayda Münhen klubuna keçəcəyini yazır. "Bavariya"nın Sane üçün 80 milyon avro ödəməyə hazır olduğu bildirilir.

Qeyd edək ki, yarımmüdafiəçi ötən gün 7 aylıq fasilədən sonra "Mançester Siti"nin U23 komandasının heyətində çıxış edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest