Bosniya və Herseqovinanın "Çelik" klubuna transfer olunan Elvin Yunuszadə sözügedən ölkədə qeydiyyat problemi ilə üzləşib. Millimizin sabiq üzvünün matc.az saytına verdiyi məlumata görə, məsələnin bu gün həll olunması gözlənilir.

Bosniya və Herseqovinanın "çelik" klubuna transfer olunan Elvin Yunuszadə sözügedən ölkədə qeydiyyat problemi ilə üzləşib. Millimizin sabiq üzvünün matc.az saytına verdiyi məlumata görə, məsələnin bu gün həll olunması gözlənilir.

Elvinlə yanaşı, heyətə yanvarda cəlb edilən digər oyunçular da Bosniya və Herseqovinada qeydiyyata düşə bilmədiyi üçün "çelik"ə kömək edə bilmirlər. Hətta baş məşqçi ümit özat da bu problemi yaşayır.

Qeyd edək ki, özat və oyunçular fasilədən sonra keçirilən iki turu məlum səbəbdən tribunadan izləmək məcburiyyətində qalıblar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest