Parlamentin spikeri Kadri Veseli Kosovo yığmasının qrupdan çıxdığı üçün 500 min avro ilə mükafatlandırılmasını təklif edib. Onun bu təklifi isə müsbət qarşılanıb.

Millətlər Liqasının qrup mərhələsinin son turunda Azərbaycan millisi üzərində qələbə qazanaraq (4:0) pley-off mərhələsinə vəsiqə əldə edən Kosovo yığması mükafatlandırılacaq. Matç.az saytının yerli mətbuata istinadən məlumatına görə, ölkə rəhbərliyi komandaya pul mükafatı verib.

Belə ki, parlamentin spikeri Kadri Veseli Kosovo yığmasının qrupdan çıxdığı üçün 500 min avro ilə mükafatlandırılmasını təklif edib. Onun bu təklifi isə müsbət qarşılanıb. Hətta pley-off mərhələsində uğur qazanıb, Avropa çempionatının final mərhələsinə vəsiqə qazanılacağı halda əlavə 1 milyon avroluq mükafat da vəd verilib.

Qeyd edək ki, Kosovo pley-offda Makedoniya ilə üz-üzə gələcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest