"Bizimlə eyni qrupa düşən Lüksemburqla bir neçə gündən sonra yoldaşlıq görüşündə üz-üzə gələcəyik. Onları həmin matçda görmək imkanımız olacaq. Püşkatma barədə müsbət düşünməliyik"

Futbol üzrə Kipr yığma komandasının baş məşqçisi Yohan Valem UEFA Millətlər Liqasının püşkünü dəyərləndirib.
 
Matc.az xəbər verir ki, yerli futbol federasiyasının rəsmi saytına açıqlama verən belçikalı mütəxəssis Azərbaycan, Lüksemburq və Monteneqro ilə birgə C liqasının 1-ci qrupunda qərarlaşmalarına belə münasibət bildirib:
 
"Püşkatmanın nəticəsi çox maraqlı oldu. Bizimlə eyni qrupa düşən Lüksemburqla bir neçə gündən sonra yoldaşlıq görüşündə üz-üzə gələcəyik. Onları həmin matçda görmək imkanımız olacaq. Püşkatma barədə müsbət düşünməliyik. Rəqiblərimizi izləməyə, təhlil aparmağa kifayət qədər vaxtımız olacaq. Bizim üçün iş indi başlayır. Sentyabr ayına qədər keçirəcəyimiz 4 yoldaşlıq görüşündən maksimum yararlanmaq, heyətlə bağlı seçimi düzgün aparmaq istəyirik".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest