Türkiyənin "Yeni Malatyaspor" klubunun yeni baş məşqçisi müəyyənləşib. Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi Hikmət Karamanla anlaşıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Tərəflər 1,5 illik müqaviləyə imza atıblar.
 
Xatırladaq ki, "Yeni Malatyaspor" bu mövsümə Sergen Yalçın ilə başlasa da, onun istefasından sonra komanda Kemal özdeşe tapşırılmışdı. Amma bu mütəxəssisin rəhbərliyi altında cəmi 5 oyuna çıxan və onların hamısından məğlubiyyətlə ayrılan Malatya təmsilçisi, yeni baş məşqçi axtarmaq məcburiyyətində qalmışdı. Hikmət Karaman isə son olaraq "Kayserispor"u çalışdırıb.
 
"Yeni Malatyaspor" hazırda 24 xalla 18 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest