Futbol üzrə Almaniya kubokunda 1/4 final mərhələsinə start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
 
öncə Regional Liqa təmsilçisi "Saarbrüken"lə Bundesliqada mübarizə aparan "Fortuna" qarşılaşıb. Matçın əsas vaxtında qalib müəyyənləşməyib – 1:1. Əlavə vaxtda da qapılara qol vurulmadığından, penaltilər seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən "Saarbrüken" daha bir sensasiyaya imza ataraq, yarımfinala yüksəlib.
 
Günün digər matçında isə "Bavariya" səfərdə "Şalke"ni minimal hesabla üstələyərək növbəti mərhələyə çıxıb.
 
Son iki oyunda "Bayer" "Yunion"la, "Ayntraxt" "Verder"lə mübarizə aparacaq.
 
Almaniya kuboku
1/4 final
3 mart
 
Saarbrüken – Fortuna 1:1 (penaltilər 7:6)
Qol: Yanik, 31 – Yorgensen, 90.
 
Şalke – Bavariya 0:1
Qol: Kimmix, 40.
 
4 mart
 
21:30. Bayer – Yunion
23:45. Ayntraxt - Verder

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest