Futbol üzrə İngiltərə kubokunda 1/8 final mərhələsinin oyunları keçirilir. Matc.az xəbər verir ki, ikinci oyun günündə üç görüş baş tutub.
 
"Nyukasl" "Vest Bromviç"dən, "Şeffild Yunayted" isə "Ridinq"dən üstün olub.
 
Mərhələnin ən maraqla gözlənilən qarşılaşması "çelsi" ilə "Liverpul" arasında baş tutub. London klubu inamlı qələbə sayəsində Premyer Liqanın liderini kubokdan kənarlaşdırıb.
 
İlk oyun günündə də "Arsenal" səfərdə "Portsmut"a qalib gəlmişdi.
 
İngiltərə kuboku
1/4 final
2 mart
 
Portsmut – Arsenal 0:2
Qol: Papastatopulos, 45+4. Nketia, 51.
 
3 mart
 
çelsi – Liverpul 2:0
Qol: Villian, 13. Berkli, 64.
 
Ridinq – Şeffild Yunayted 1:2
Qol: Puşkaş, 43-pen – Makqoldrik, 2. Şarp, 107.
 
Vest Bromviç – Nyukasl 2:3
Qol: Filips, 74. Zohore, 90+3 – Almiron, 33; 45+1. Lazarov, 47.
 
4 mart
 
23:45. Lester Siti – Birmingem
23:45. Şeffild Uensdey – Mançester Siti
23:45. Tottenhem – Norviç
 
5 mart
 
23:45. Derbi Kaunti – Mançester Yunayted

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest