"Borussiya" "Birmingem"in oyunçusu Jud Bellinqemi heyətinə qatır. Matc.az xərici mətbuata istinadən xəbər verir ki, Almaniya klubu 16 yaşlı futbolçu üçün qarşı tərəflə razılığa gəlib.

Məlumata görə, rəhbərlik gənc yarımmüdafiəçi üçün 35 milyon avro ödəyəcək. Bu, eyni zamanda klub tarxinin ən bahalı transferi olacaq. "Sarı-qaralar" Bellinqemdən öncə ən yüksək məbləği Mats Hummels üçün vermişdi. Dortmund təmsilçisi almaniyalı futbolçunu 30 milyon avro qarşılığında heyətinı qatmışdı.

Qeyd edək ki, 16 yaşlı futbolçu bu mövsüm komandası ilə çıxdığı 34 görüşdə 4 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest