Belçika millisinin baş məşqçisi Roberto Martines Eden Hazardla bağlı açıqlama verib. Matc.az xəbər verir ki, o, futbolçusunun AVRO-2020-də milli ilə birgə olacağını bildirib:

"Onun Avropa çempionatında oynayacağına şübhəm yoxdur. Bərpa müddətini təyin etmək hələ mümkün deyil, əməliyyatın necə gedəcəyini görəcəyik. İlk iki həftə çox vacibdir. Digər zədələrdən necə qurtulduğunu bilirik. Düşünürəm ki, yığmaya gələnə qədər hələ "Real"da oynayacaq. Eden əməliyyatdan əvvəl çox sakit və pozitivdir. Həkimlər onun bu durumundan məmnundurlar. Futbolçunun geri qayıtması üçün hər şeyi etməliyik".

Qeyd edək ki, Hazard ayaq biləyində sınıq olduğu üçün əməliyyat olunacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest