"İnter"in İtaliya kubokunun yarımfinal mərhələsindəki "Napoli" ilə cavab matçı təxirə salınıb.
 
Matc.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. Təxirə salınmaya səbəb, İtaliyada koronavirus epidemiyasının yayılmasıdı.
 
Matçın azarkeşsiz keçirilməsi də düşünülürdü. Ancaq "Napoli"nin prezidenti Auerlio De Laurentis bu fikirlə razılaşmayıb və görüşün təxirə salınmasını istəyib.
 
"Napoli" – "İnter" matçının keçirilməsi sabaha nəzərdə tutulmuşdu. Komandalar arasındakı ilk matçda "Napoli" 1:0 hesablı qələbə qazanmışdı.
 
İtaliya kubokunun yarımfinalının digər matçı – "Yuventus" – "Milan" oyunu da təxirə salınıb. Bu görüş isə bu gün keçirilməli idi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest