Futbol üzrə Türkiyə kubokunda yarımfinal mərhələsinin ilk oyunları keçirilib. Matc.az xəbər verir ki, ikinci yarımfinal görüşü "Antalyaspor"la "Alanyaspor" arasında baş tutub. 
 
Bu görüşün taleyini 1 qol həll edib. Son dəqiqə qolu ilə səfərdə qələbə qazanan "Alanyaspor" finala vəsiqə yolunda önəmli addım atıb.
 
İlk oyun günündə isə "Trabzonspor" öz meydanında "Fənərbaxça"nı 2:1 hesabıyla məğlub etmişdi.
 
Yarımfinalın cavab oyunları aprelin 21-22-də baş tutacaq.
 
Türkiyə kuboku
Yarımfinalın ilk oyunları
3 mart
 
Trabzonspor – Fənərbaxça 2:1
Qol: Sörlot, 46. Novak, 66 – Muriqi, 82.
 
4 mart
 
Antalyaspor – Alanyaspor 0:1
Qol: J.Fernandes, 90+3.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest