Açığı, qrupumuzdan məmnunam. Ancaq yenə də diqqətli olmalıyıq"

Azərbaycan yığmasının Millətlər Liqasında rəqiblərindən olan Monteneqro millisinin baş məşqçisi Faruk Hacibeqic qrupu "vijesti.me" saytına dəyərləndirib. Matc.az xəbər verir ki, bosniya və herseqovinalı mütəxəssis hədəflərinin birinci yer olduğunu açıqlayıb:

"Açığı, qrupumuzdan məmnunam. Ancaq yenə də diqqətli olmalıyıq.  Rəqiblərə mütləq ciddi yanaşmalıyıq. Biz iddialıyıq və birinci yeri istəyirik. Digər komandalar da bunun üçün mübarizə aparacaqlar. ümid edirəm ki, yoxlama görüşlərində turnirə yaşı hazırlana biləcəyik. Millətlər Liqasında irəli getmək niyyətindəyiq. Bunun üçün isə çox çalışmaq lazımdır".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest