"Yuventus" heyətini gənc hücumçu ilə gücləndirir. Matc.az xəbər verir ki, İtaliya mətbuatı Turin təmsilçisinin "Santos"un 18 yaşlı forvardı Kayo Jorjeni transfer etmək istədiyini yazıb.

Məlumata görə, İtaliya klubu gənc oyunçuda böyük potensial görür. Ona görə qarşı tərəfə 50 miyon avro ödəməyə hazırdır. 

18 yaşlı Kayo Braziliyanın U17 millisində də çıxış edib. O, yığma ilə ötən il həmyaşıdları arasında keçirilən dünya çempionatının qalibi olub. Gənc forvard bu görüşlərdə 10 oyunda 6 qol vurub.

Qeyd edək ki, futbolçu bu mövsüm "Santos"la 5 qarşılaşmada çıxış edib və bir dəfə fərqlənib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest