İngiltərənin "Mançester Siti" klubu Premyer Liqanın növbəti turunda keçiriləcək "Mançester Yunayted"lə oyuna itki ilə çıxa bilər.
 
Matc.az xəbər verir ki, "şəhərlilər"in yarımmüdafiəçisi Kevin de Breyne çiynindən zədələnib. Komandanın baş məşqçisi Pep Qvardiola İngiltərə Federasiya kubokunun 1/8 final mərhələsi çərçivəsində keçirilən "Şeffild Uensdey"lə oyundan (1:0) sonra klubun mətbuat xidmətinə açıqlamasında, belçikalı futbolçunun vəziyyəti ilə bağlı danışıb:
 
"Kevinin çiynində problem var, "Aston Villa" ilə oyunun (2:1) sonunda zədələndi. O, bu oyuna hazır deyildi. Komandaya nə vaxt qayıdacağını bilmirik, ümid edirik ki, bu, uzun çəkməz. Onun "Mançester Yunayted"lə oyuna qədər hazır olub-olmayacağını bilmirəm".
 
"Mançester Yunayted" – "Mançester Siti" oyunu martın 8-də, saat 20:30-da keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest