"Spartak" klubunun baş məşqçisi Domeniko Tedesko Rusiya Kubokunun 1/4 final mərhələsində MOİK-ə qarşı qazanılan qələbəni (3:2) şərh edib. Matc.az xəbər verir ki, o, azərbaycanlı futbolçu Ayaz Quliyev barəsində də danışıb.

"Spartak" klubunun baş məşqçisi Domeniko Tedesko Rusiya Kubokunun 1/4 final mərhələsində MOİK-ə qarşı qazanılan qələbəni (3:2)  şərh edib. Matc.az xəbər verir ki, o, azərbaycanlı futbolçu Ayaz Quliyev barəsində də danışıb:

"Fasilədə Zelimxan Bakaevin yerini dəyişdirməli oldum. Belə bir yaradıcı futbolçunu çıxardanda oyun tamamilə fərqli olur. Ancaq meydana daxil olan Teal da pis çıxış etmədi. Xüsusilə əlavə vaxtda əla mübarizə apardı. Heyətimiz genişdir. Bizim Ayaz Quliyev kimi istedadlı oyunçumuz var. O da komandanın bir parçasıdır. çalışırıq ki, bütün futbolçulardan maksimum istifadə edək".

MOİK-i mübarizədən kənarlaşdıran "Spartak" kubokun yarımfinalında "Zenit" klubu ilə qarşılaşacaq.

Qeyd edək ki, Ayaz sözügedən oyunu ehtiyat skamyasından izləyib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest