"Derbi Kountri"nin hücumçusu Ueyn Runi İngiltərə kubokunun 1/8 final matçında "Mançester Yunayted"ə qarşı məğlubiyyəti (0: 3) şərh edib. Matc.az xəbər verir ki, o, komandanın yaxşı çıxış etdiyini bildirib:

"Bir qol vura bilsəydik, nəticə fərqli ola bilərdi. Ancaq bu, baş vermədi. Aydındır ki, "Mançester Yunayted" yaxşı komandadır. Amma meydana məğlub olmağa çıxmamışdıq. Bu gün onlar yaxşı idilər. Məncə, gənc oyunçularımız haqqında danışmalıyıq. Qarşılaşma onlar üçün əla bir təcrübə idi və qətiyyən məyus olmamalıdırlar. Yaratdığımız imkanlardan istifadə edə bilmədik. Yaxşı mübariz aparsaq da, bəxtimiz gətirmədi".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest