"Barselona"nın ulduz oyunçusu Lionel Messi La Liqada fevral ayının ən yaxşı oyunçusu seçilib. Matc.az xəbər verir ki, bu barədə federasiyanın rəsmi saytı məlumat yayıb.

ötən ay argentinalı dörd qol vurub və altı assist edib. Messi o qolları fevralda keçirilən bir matçda vurub. O, "Eybar"a qarşı görüşdə (5: 0) poker edib.

Messi bu mövsüm ikinci dəfə La Liqada ayın ən yaxşı oyunçusu adına layiq görülüb. Lionel daha öncə  noyabrda hamıdan üstün olmuşdu.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest