İngiltərənin "Tottenhem" klubunun zədədən əziyyət çəkən qapıçısı Hüqo Lyoris sıraya dönüb.
 
Matc.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Son olaraq Premyer Liqanın 27-ci turunda "çelsi" ilə oyunda forma geyinən Lyoris, qasıq nahiyəsindəki zədədən əziyyət çəkirdi. O, bu müddət ərzində "Vulverhempton"la (2:3) çempionat və "Norviç"lə (1:2) kubok oyunlarını buraxmaq məcburiyyətində qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest