"İnter"in baş məşqçisi Antonio Konte "Yuventus"a qarşı alınan məğlubiyyəti (0:2) şərh edib. Matc.az xəbər verir ki, o, rəqibin özlərindən daha güclü olduğunu bildirib:

"Oyun qola qədər bərabər gedirdi. İkinci hissəyə onlardan daha yaxşı başladıq. Ancaq rəqibin qolu ilk növbədə psixoloji olaraq bizə təsir etdi. Bu, onların inamını artırdı. Komanda qol buraxdıqdan sonra sanki həvəsdən düşür. Bundan qurtulmalıyıq. Məğlubiyyətdən dərs almalı və daha da artırmalıyıq. Təəssüf ki, ən yaxın rəqibimizə hər iki matçda da məğlub olduq. Ən yüksək səviyyədə yarışmaq istəyiriksə, xarakter baxımından böyüməliyik. Hamımız daha yaxşı davranmalı və daha qətiyyətli olmalıyıq. Hər il güclənən, geniş təcrübəyə və titullara sahib səviyyəli oyunçulardan ibarət "Yuventus"dan bəhs edirik. Bizim də yaxşı futbolçularımız var. Ancaq 8 ildir İtaliya futboluna hegemonluq edən komanda ilə müqayyisə edilə bilmərik. Koronavirus səbəbiylə oyunların azarkeşsiz keçməsi barədə onu deyim ki, hamımızın ailələri var. Heç bir şey olmayacağını iddia etmək çətindir. Hamımız insanıq, yaxınlarımız var və ümid edirəm ki, hər kəsin qorunması üçün qərarlar qəbul olunur".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest