"Fənərbaxça"da ayrılan Ersun Yanal komandadan getməsi barədə danışıb. Matc.az xəbər verir ki, o, özünə verilən sözlərin üstündə durulmadığı bildirib:

"Hazırkı heyətlə uğurlu nəticə qazanmaq olmazdı. Hər kəs yalnız komandada sol cinah oyunçusu probleminin olduğunu deyirdi. Ancaq müdafiə xətti də zəif idi. Aldığımız müdafiəçiləri oynada bilmirdik. Mənə verdikləri sözlərin üstündə durmadılar. Heyət hədələrimizin gerisində qaldı. Bunları klub rəhbərinə də söyləmişəm".

Qeyd edək ki, Ersun Yanalın İstanbul təmsilçisindən ayrıldıqdan sonra Azərbaycan millisini çalışdıracağı söylənilir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest