Futbol üzrə Rusiya Premyer Liqasında 21-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, azərbaycanlı futbolçular Azər Əliyevlə Turqay Möhbalıyevin formasını geyindiyi "Ufa" da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə "Zenit"lə üz-üzə gəlib. Başqırdıstan təmsilçisi bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.
 
Azər də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Daha çox əvəzedici komandada çıxış edən Möhbalıyevin adı isə ümumiyyətlə bu matçın iştirak ərizəsinə daxil edilməyib.
 
"Ufa" 21 turdan sonra 26 xalla 16 kollektiv arasında 8-ci sırada qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest