"Arsenal"ın baş məşqçisi Mikel Arteta Premyer Liqanın 28-ci turdan təxirə salınmış "Mançester Siti" ilə görüş öncəsi fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, o, "şəhərlilər"in bu mövsüm şanssız olduğunu bildirib:

"Bəzən kiçik detallar vacib olur. Bu mövsüm çox şanssızdırlar. Ancaq futbolda hər şey ola bilər. Matça ən yaxşı formada hazırlaşmalıyıq ki, qələbə qazana bilək. Mənim üçün xüsusi bir axşam olacaq. Mançesterə qayıtmaqdan məmnun olacam. Ancaq bu səfər başqa skamyadayam. Bütün gücümü "Arsenal"ın qələbəsi üçün sərf edəcəm".

Arteta ötən ilin dekabrına qədər Pep Qvardiolanın köməkçisi olub

Qeyd edək ki, "Mançester Siti" – "Arsenal" matçı martın 11-də keçiriləcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest