"Neftçi" Premyer Liqanın 21-ci turunda qarşılaşacağı "Zirə" ilə oyunun hazırlığına başlayıb. Matc.az xəbər verir ki, "Sabah"la matçdan sonra iki günlük fasiləyə buraxılmış "ağ-qaralar" bu gün məşqə çıxıb.

Əvvəlcə klubun inzibati binasındakı fitnez zalında müxtəlif fiziki təmrinlər edən komanda üzvləri sonra "Türk Hava Yolları Futbol Mərkəzi"ndə toplu çalışmaları yerinə yetiriblər. Zədəli Mamadu Mbodj fiziki hazırlıq üzrə məşqçi Mario Kastelyanonun rəhbərliyi altında zalda fərdi məşqlərə başlayıb. Aqil Məmmədov isə müalicə olunduğu üçün bugünkü məşqdə iştirak etməyib. Qapıçının sabahdan hazırlığa qoşulacağı bildirilib.

Qeyd edək ki, martın 15-i "Bakcell Arena"da keçiriləcək "Neftçi" – "Zirə" oyunu saat 18:00-da başlanacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest