Futbol üzrə Estoniya kubokunda 1/4 final mərhələsinin oyunları keçirilir. Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Nurlan Novruzovun formasını geyindiyi "Trans Narva" da növbəti matçına çıxıb.
 
Sözügedən komanda səfərdə "Nomme Kalyu" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyunda 2:1 hesabıyla qalib gələrək yarımfinala yüksəlib.
 
Nurlan da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 80-ci dəqiqədə əvəzlənib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest